Az-NaxKim kafel və metlax yapışdırıcısı
Şaquli və üfüqi səthlərdə kafel, metlax, keramika və digər üzlük plitələr yapışdırıcısı
Məhsul haqqında
Sement əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, kombinasiyalı polimerləşdirilmiş, tam elastik, birkomponentli, ağ rəngli kafel, metlax və keramika yapışdırıcısıdır.
AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, metlax, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
İstifadə sahələri
Bu keramika yapışdırıcısı:
·        daxili və xarici məkanlarda;
·        üzlük materialların beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə yapışdırılmasında;
·        köhnə kafelləri qopartmadan kafelin üstündən kafel yapışdırılmasında istifadə olunur.
Üstünlükləri
·        rahat hazırlanır və tətbiq olunur;
·        şaquli səthlərdə sürüşmə ehtimalı yoxdur;
·        yuxarıdan aşağıya doğru kafel,metlax, keramika və digər üzlük plitələri yapışdırmaq mümkündür;
·        şaxtaya və istiliyə davamlıdır.
 
 
İstifadə qaydaları
Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Az-NaxKim təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. İstifadə etməzdən əvvəl səth standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.
Qarışığın hazırlanması. 25 kq-lıq tozşəkilli qarışığı 6,0 – 6,5 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın. Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. İri ölçülü plitələrin yapışdırılmasında kombinələşdirilmiş yapışdırma üsulundan (bu üsulla yapışdırıcı həm səthə çəkilir və daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) istifadə olunması tövsiyə olunur.
Səthin üzərinə çəkilmiş qarışığa plitəni yapışdırma müddətini həmin qarışığın üzərinə barmaqla azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, onda plitələri səthə yapışdırmaq olar. Bu müddət 30 dəqiqədən çox olmamalıdır. Əgər səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq onu daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır.
Hazırlanan qarışıq 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür.
Aralıq doldurma işi divarda 24 saat, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.
Tövsiyələr. “Az-NaxKim” kafel və metlax yapışdırıcısı istifadə olunarkən mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Suhopması yüksək olan keramikalar istifadədən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya yapışdırıcı əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Texniki göstəricilər
Rəngi
Boz
İstifadə temperaturu
+50 C – +300 C
Su/quru qarışıq
2,4-2,6 litr su /10 kq quru qarışıq
6,0-6,5 litr su / 25 kq quru qarışıq
Qarışdırıldıqdan sonra gözləmə müddəti
3-5 dəqiqə
İstifadə müddəti
3 saat
Aralıq doldurma işinə başlama vaxtı:
·        divarda
·        döşəmədə
 
24 saatdan sonra
48 saatdan sonra
Qablaşdırma
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 25 kq-lıq kisələrdə
 
AZS 039-2000 (TS 11140-1993) saylı standartın tələblərinə uyğun olaraq
Test nəticələri
Qabıq bağlama müddəti
≥10 dəqiqə
20-30 dəqiqə
Sürüşmə
<0,5 mm
0
Yapışma müqaviməti
>0,5 N/mm2
>2,5 N/mm2
Tövsiyə olunan daraqlı malanın dişlərinin ölçüləri və ölçülərə uyğun yapışdırıcının yayılma qalınlığı
Üzlük plıtələrin ölçüləri
Daraqlı malanın dişlərinin ölçüləri, mm
Yapışdırıcının yayılma qalınlığı, mm
15 sm×15 sm-ə qədər
6,0
2,0-3,0
30 sm × 30 sm-ə qədər
8,0
3,0-4,0
30 sm× 30 sm-dən yuxarı
10,0
4,0-5,0
Üzlük plitələrin ölçülərindən asılı olaraq tövsiyə olunan aralıqların eni
Üzlük plitələrin ölçüləri
Aralıqların eni, mm
15 sm×15 sm-ə qədər
3,0-4,0
30 sm×30 sm-ə qədər
4,0-5,0
30 sm×30 sm-dan yuxarı
5,0-8,0
Sərfiyyat
İstifadə zamanı “Az-NaxKim” kafel və metlax yapışdırıcısının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın dişlərinin ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı (kq-la)
Az-NaxKim
Kafel və metlax yapışdırıcısı
(kq)___________________________________________________________________25
1 mm qalınlıq üçün
quru qarışığın sərfiyyatı (kq/m2)_____________________________
1,28
Qarışdırılacaq suyun miqdarı (litrlə)
25 kq üçün_________________________________
6
Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m2)
6 mm___________________________1,94
8 mm___________________________2,46
10 mm__________________________4,12
Saxlama müddəti və qaydası
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
Xəbərdarlıqlar
·        yapışdırıcının sement əsaslı və qatqılarla zəngin olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
·        isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
·        yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Zəmanət və texniki dəstək
·        texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
·        “Azelektrod” MMC şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
·        şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Azelektrod” MMC şirkəti məsuliyyət daşımır;
·        şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
·        texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Azelektrod” MMC şirkətinə müraciət edin!