Az-NaxKim səth sərtləşdiricisi
 Məhsul haqqında
 Sement əsaslı, kvars qumu tərkibli,  modifikasiyalı polimerləri özündə əks etdirən quru qarışıqdır. Ağır çəkili maşınların, müxtəlif avadanlıq və cihaz daşıyan yük maşınlarının  hərəkət edəcəyi səthlərə  yenicə yayılmış betonun  üzərinə  toz halında səpilən,  istifadəyə hazır beton səth sərtləşdiricisidir.
AZS 039-2000 (TS 11140-1993), ГОСТ 10181-76, ГОСТ 28013-98 standartlarına uyğundur.
 İstifadə sahələri
 Bu səth sərtləşdiricisindən:
 ·        daxili və xarici məkanlarda, üfüqi səthlərdə;
 ·        sənaye müəssisələrinin döşəmələrində;
 ·        anqar və mexanika emalatxanalarında;
 ·        qaraj və maşın dayanacaqlarında;
 ·        beton yollarda;
 ·        anbarlarda;
 ·        yükləmə və boşaltma sahələrində istifadə olunur.
 Üstünlükləri
 ·        yenicə yayılmış döşəmə betonun üzərinə asanlıqla səpilir;
 ·        tərkibindəki modifikasiya olunmuş  polimerlərin və xüsusi ölçülü kvars qumlarının  sayəsində səpildiyi döşəmə betonunun suyunu özünə çəkərək hamarlandıqdan sonra betonla  monolit (eyni) bir qat əmələ gətirir;
 ·        bu məhsulun səpildiyi səth normal beton səthə nisbətən aşınmaya qarşı 3-4 dəfə daha dözümlüdür;
 ·        şaxtaya, istiyə və suların tərkibindəki duzların  təsirinə qarşı davamlıdır.
  
İstifadə qaydaları
 Səthin hazırlanması. Köhnə betonun üzərinə yeni beton tökməzdən ən azı bir gün əvvəl köhnə beton səthi su ilə yaxşıca doyuzdurulmalı, lakin üzərində su qalmamalıdır. Az-NaxKim səth sərtləşdiricisi yalnız yeni tökülmüş  beton üzərinə səpilir.   
 Tövsiyələr. Az-NaxKim səth sərtləşdiricisi istifadə olunarkən mühitin və torpağın temperaturu +50C-dən aşağı və +300C-dən yuxarı olmamalıdır. Səth sərtləşdirmə prosesi peşəkar işçilər tərəfindən həyata keçirilməlidir. Beton səth sərtləşdiricisi sadəcə istifadə olunduğu səthin aşınma və zərbəyə qarşı dözümlülüyünü artırır, lakin onun mexaniki dözümlülüyünə heç bir təsir göstərmir. Buna görə də  üzərinə səth sərtləşdiricisi çəkiləcək beton ona təsir edə biləcək yüklər nəzərə alınmaqla  nisbəti hazırlanmalıdır.  Az-NaxKim səth sərtləşdiricisinin  istifadə olunduğu şapların qalınlığı 7 sm-dən çox, su-sement 0,45-dən yuxarı və betonun markası ən azı S 25 olmalıdır. İstifadədən sonra bütün alət və avadanlıqlar su ilə təmizlənməlidir.                Az-NaxKim səth sərtləşdiricisi sərtləşdikdə yalnız mexaniki yolla səthdən təmizlənməlidir.
 Texniki göstəricilər
 Rəngi
 qırmızı, boz,  yaşıl, ağ, qara
 Məhsulun tərkibi
 modifikasiyalı polimer, sement əsaslı, kvars qumlu və qatqı maddələrindən ibarət quru qarışıq
 Möhkəmlilik həddi:
 ·        sixılmada_________________75-80 N/mm2
 Aşınmaya dözümlülüyü:
 ·        Böhmə metodu ilə________________6-8 q/ sm3/50 mm2/1-ci sinif
 ·        Capon metodu ilə________________67 mm3 (100 çevrimdə)
  
Qablaşdırma
 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə
 Sərfiyyat
 İstifadə olunarkən qarşıya qoyulan məqsəd və nəqliyyatın yükündən asılı olaraq 4-8 kq/m2 ola bilər. Açıq rəng seçildiyi halda 7 kq/m2 -dən az istifadə olunmamalıdır.
 Saxlanma müddəti və qaydası
 Açılmamış kisələrdə quru şəraitdə 12 ay saxlanıla bilər.
 Xəbərdarlıqlar:
 ·        Az-NaxKim səth sərtləşdiricisinin mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
 ·        istifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
 ·        yuxarıdakı göstəricilər +230C±20C  temperatur və  50% + 5%  rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur.  Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
 Zəmanət və  texniki dəstək
 ·        texniki göstəricilərdə  qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
 ·        “Azelektrod” MMC şirkəti yalnız məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır;
 ·        şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər  istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə  “Azelektrod” MMC şirkəti məsuliyyət daşımır;
 ·        şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
 ·        texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Azelektrod” MMC şirkətinə müraciət edin!