Az-NaxKim hazır suvaq qarışığı
 Məhsul haqqında
 Sement əsaslı, yüngül dolduruculu, yüksək hidravlikli polimerləşdirilmiş, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, şaxtaya və xarici təsirlərə davamlı, yüksək möhkəmliyə və elastikliyə malik, quruduqdan sonra çat verməyən birkomponentli suvaqdır.
 
ГОСТ 28013-98 standartına uyğundur.
 İstifadə sahələri
 ·        Bu suvaq məhsuldan:
 ·        beton səthlərin, yüngül betondan hörülmüş divar və tavanların suvanmasında;
 ·        kərpic və digər növ daşlardan hörülmüş divarların suvanmasında;
 ·        yığma betondan, qaz-betondan tikilmiş divar və tavanların suvanmasında istifadə olunur.
 Üstünlükləri
 ·        tətbiq olunduğu sahələrdə sonradan çatlar yaranmır;
  
İstifadə qaydaları
 Səthin hazırlanması. Səth suvanmazdan əvvəl yapışmağa mane olan qalıqlardan təmizlənməli və səthin möhkəm olmasına diqqət yetirilməlidir. Səthdə qopmuş, qırılmış yerlər, çatlar olarsa, Az-NaxKim təmir qarışığı  və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə düzəldilməlidir. İstifadə etməmişdən əvvəl səth nəmləndirilməli və ya daha yaxşı nəticə əldə etmək üçün  standartlara uyğun istehsal edilmiş astarla astarlanmalıdır.
 Qarışığın hazırlanması. 40 kq quru qarışığı yavaş-yavaş 8,0-9,0 litr suyun üzərinə boşaldıb kürəciklər tam yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın tərkibindəki maddələrin yaxşı qarışması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
 Tətbiqi. Mala vasitəsi ilə 5-10 mm qalınlığında az qüvvə sərf etməklə səthə çəkin. Nəm halda süngər və ya tyorka ilə səthi hamarlayın. Hazırlanan qarışığı 120 dəqiqə ərzində işlədin. İstifadə müddəti keçmiş qarışığı atın. İstifadədən sonra səthin 24 saat ərzində fasilələrlə nəmləndirilməsi tövsiyə olunur.
 Tövsiyələr. Az-NaxKim hazır suvaq qarışığı istifadə olunarkən mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş Az-NaxKim hazır suvaq qarışığına qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
 Texniki göstəricilər
 Rəngi
 boz
 İstifadə temperaturu_______________+50 C ÷+300C
 Su/quru qarışıq nisbəti______________8,0-9,0 litr su/40 kq quru qarışıq
 İstifadə müddəti___________________120 dəqiqə
 İstifadə qalınlığı____________________8-10 mm
 Quru halda məhsulun tökmə sıxlığı_____1450 kq / m3
 İstifadəyə hazır məhlulun sıxlığı_______1750 kq/ m3
 Möhkəmlik həddi:
 1.    əyilmədə_____________4 N/mm2
 2.    sıxılmada_____________10 N/mm 2
  
Qablaşdırma
 2 və ya 3 qatı kraft kağızı, 1 qatı polietilendən ibarət olan 40 kq-lıq kisələrdə
 Sərfiyyat
 Az-NaxKim hazır suvaq qarışığından 8-10 mm qalınlığında, 1 m2 səthin suvanması üçün 4-5 kq sərf olunur. 40 kq-lıq AZNAXKİM suvaq qarışığı təxminən 9-10 m2 səthin suvanmasına kifayət edir.
 Saxlama müddəti və qaydası
 Açılmamış kisədə, quru şəraitdə, bir-birinin üstündə maksimum 10 ədəd olmaqla 12 ay saxlanıla bilər.
 Xəbərdarlıqlar
 ·        Az-NaxKim hazır suvaq qarışığının qatqılarla zəngin olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
 ·        isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
 ·        bir-birinin üstündə maksimum 6 ədəd olmaqla quru anbarlarda saxlayın;
 ·        yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
 Zəmanət və texniki dəstək
 ·        Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
 ·        “Azelektrod” MMC şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
 ·        şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Azelektrod” MMC şirkəti məsuliyyət daşımır;
 ·        şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
 ·        texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Azelektrod” MMC şirkətinə müraciət edin!