Az-NaxKim özü yayılan döşəmə qarışığı
 Məhsul haqqında
 Sement əsaslı, kimyəvi qatqılarla zəngin, məsaməsiz səth yaranmasını təmin edən, birkomponentli döşəmə qarışığıdır. Öz-özünə yayılmaqla tarazlanır.
 AZS 039-2000 (TS 11140-1993) standartına uyğundur.
 İstifadə sahələri
 Bu məhsuldan:
 ·        ağac, laminat, parket, xalça, PVC, keramika kimi materialları istifadə etməzdən əvvəl düz səthin əldə edilməsində;
 ·        anbar və bu kimi obyektlərdə aşınma və tozlanmaya qarşı davamlı səth əldə edilməsində istifadə olunur.
 Üstünlükləri
 ·        hazırlanması və istifadəsi asandır;
 ·        öz-özünə yayılmaqla məsaməsiz, düzgün səth əmələ gətirir.
  
İstifadə qaydaları
 Səthin hazırlanması. Səthin yoxlanılmış və möhkəm olmasına diqqət etməli, səth yapışmağa mane olan qalıqlardan təmizlənməlidir. Səthdə qırılmış və ovulmuş yerlər olarsa, Az-NaxKim təmir qarışığı ilə və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla təmir edilməlidir. Səthin su udma qabiliyyətini azaltmaq və müqavimətini artırmaq üçün səth mütləq standartlara uyğun istehsal edilmiş astarla astarlanmalıdır.
 Qarışığın hazırlanması. 25 kq quru qarışığı yavaş-yavaş 5,0 litr suyun üzərinə boşaldıb kürəciklər və hava qabarcıqları yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli mikserdən də istifadə oluna bilər).
 Tətbiqi. Hazırlanmış duru qarışığı səthə boşaldın. İstifadə zamanı qarışığın daxilində hava qabarcıqlarıının qalmaması və yayılma əməliyyatının asanlaşması üçün kirpi quruluşlu vərdənədən istifadə edin. Lazım gəldikdə yayılmanı sürətləndirmək məqsədilə polad maladan da istifadə etmək olar. Məhsulun tətbiq olunduğu səthi 24 saat ərzində küləkdən və birbaşa günəş şüalarının təsirindən qoruyun.
 Tövsiyələr. Az-NaxKim özü yayılan döşəmə qarışığının istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadədən sonra bütün alətlər və ləvazimatlar su ilə təmizlənməlidir.
 Texniki göstəricilər
 Rəngi
 boz
 İstifadə temperatutu
 +50C – +300C
 Su/quru qarışıq nisbəti
 5,0 litr su/25 kq quru qarışıq
 İstifadə müddəti
 35 dəqiqə
 İstifadə qalınlığı
 10,0 -30,0 mm
 Bərkiməsi:
 ·        ilkin______________15-30 dəqiqədən sonra
 ·        son______________60-90 dəqiqədən sonra
 
Sıxılmada möhkəmlik həddi:
 ·        2 gündən sonra________3,0 Mpa
 ·        7 gündən sonra________20,0 Mpa
 ·        28 gündən sonra_______30,0 Mpa
 
Yapışma müqaviməti
2,0 Mpa
İstifadəyə verilmə müddəti
6 saatdan sonra üstündə hərəkət edilə bilər. 24 saatdan sonra üstünə xalça, parket, keramika və s. döşənə bilər.
Qablaşdırma
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət
20 kq -lıq kisələrdə
Sərfiyyat
1 mm qalınlıq üçün 1 m2-ə 1,75 kq qarışıq sərf oluna bilər.
Saxlama müddəti və qaydası
Bir-birinin üstündə maksimum 10 ədəd olmaqla quru anbarlarda 12 ay saxlanıla bilər.
Xəbərdarlıqlar
·        Az-NaxKim özü yayılan döşəmə qarışığının sement əsaslı, mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
·        istifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın;
·        yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Zəmanət və texniki dəstək
·        texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
·        “Azelektrod” MMC şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
·        şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Azelektrod” MMC şirkəti məsuliyyət daşımır;
·        şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
·        texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Azelektrod” MMC şirkətinə müraciət edin!