Az-NaxKim təmir qarışığı dekorativ suvaq
 Məhsul haqqında
 Sement əsaslı, birkomponentli, polimerləşdirilmiş, yüksək stabilliyə malik səthlərin təmiri və bərpası üçün incə təmir qarışığıdır. 
 AZS 039-2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
 
İstifadə sahələri
 Bu təmir qarışığından və dekorativ suvaq qarışığından
 ·        tikililərdəki bərpa işlərində;
 ·        boyama, keramika yapışdırma və izolyasiyadan əvvəl səthin düzgünlüyünün təmin olunmasında;
 ·        nazik və qalın çatların doldurulmasında;
 ·        tökülmüş, ovulmuş, qırılmış, qopmuş beton, suvaq və s. bu kimi səthlərin təmir olunmasında istifadə olunur.
 ·         Möhkəmlik və dekorativ görünüş vermək üçün tələb olunan bütün xarici və daxili səthlərdə,
 ·         Binanın fasadlarına polistren və ya daş yonqarı ilə aparılan istilik izolyasiyası işlərində dekorativ suvaq materialı kimi istifadə edilir.
 Üstünlükləri
 ·        rahat hazırlanır və tətbiq olunur;
 ·        tökülmüş, ovulmuş, qopmuş hissələrdə qüsursuz səth əmələ gətirir.
 ·        Tikililərə təbii və dekorativ görünüş verir.
 ·        Üzdən istənilən rəngdə rənglənir.
 ·        İstilik izolyasiya sistemlərini xarici təsirlərdən və çatlardan qoruyur.
 ·        Suya, donmaya, rütubətə və çətin hava şəraitinə qarşı davamlıdır
 
İstifadə qaydaları
Səthin hazırlanması. Səthi yapışmağa mane olan qalıqlardan təmizləyin. Səthin yoxlanılmış və möhkəm olmasına diqqət edin. İstifadə etməmişdən əvvəl səthi nəmləndirin və ya daha yaxşı nəticə əldə etmək üçün  standartlara uyğun istehsal olunmuş astarla astarlayın.
Qarışığın hazırlanması. 25 kq-lıq Az-NaxKim təmir qarışığını 5,5-6,0 litr suyun üzərinə boşaldıb kürəciklər və hava qabarcıqları yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın tərkibindəki maddələrin tam qarışması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Qarışıq üçün tələb olunan vasitələrin miqdarı
Az-NaxKim Təmir Qarışığı Qarışdırılma üçün nəzərdə tutulmuş su miqdarı
1 kq-lıq məhsul üçün__________________0,22 litr
25 kq-lıq kisə üçün___________________5, 5 litr
 
İstifadəyə hazır məhlulun sıxlığı_____________________1,75 kq/litr
Tətbiqi. Səthdəki qopuq və qırılmış yerləri, çatları mala ilə tam şəkildə doldurun. Müvafiq olaraq 1-10 mm və 10-40 mm arası qalınlıqda istifadə oluna bilər. Hazırlanan qarışığı 90-120 dəqiqə ərzində işlədin.
Tövsiyələr. Az-NaxKim təmir qarışığının istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa su və ya yeni quru qarışıq qətiyyən əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir. Sərtləşdikdən sonra ancaq mexaniki yolla səthdən təmizlənməlidir.
Texniki xüsusiyyətləri
Rəngi
boz
İstifadə temperatutu
+50 C ÷+ 300 C
İstifadə müddəti
90-120 dəqiqə
Möhkəmlik həddi:
·        əyilmədə_______3 N/mm²
·        sıxılmada_______15 N/mm²
Qopma müqaviməti
1 N/mm²
Qablaşdırma
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə
Sərfiyyat
1 mm qalınlıq üçün 1,5-2,0 kq/ m2 qarışıq sərf olunur.
Saxlama müddəti və qaydası
Açılmamış və orjinal kisələrdə sərin və quru yerdə 12 ay saxlanıla bilər. Qısa müddətli saxlama zamanı üç kisə bir-birinin üstünə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir-birinin üzərinə qoyula bilməz. Ağzı açılmış kisələrdəki məhsul müvafiq saxlanma şəraitində bir həftə ərzində istifadə edilməlidir.
Xəbərdarlıqlar
·        Az-NaxKim təmir qarışığı sement əsaslı olduğundan istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarina riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
·        məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal çoxlu miqdarda su və sabunla yuyun;
·        əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
·        məhsulun istifadə edildiyi yerlərə ərzaq qoymayın;
·        uşaqların əli çatmayan yerlərdə saxlayın;
·        yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Zəmanət və texniki dəstək
·        texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
·        “Azelektrod” MMC şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
·        şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Azelektrod” MMC şirkəti məsuliyyət daşımır;
·        şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
·        texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Azelektrod” MMC şirkətinə müraciət edin!