AzElektrod MMC 2015-ci ildən İnşaat sektorunda fəaliyyət göstərməkdədir. Gənc şirkət olmasına baxmayaraq yarandığı tarixdən dayanmadan, uğurlarla dolu bir fəalliyyət yolu keçmişdir. Yerli mütəxəssislər əsasında qurulan yaradıcı heyyət sektordakı uzun illərin təcrübəsinə sevgi və vətənpərvərlik qataraq məhsullarımıza əks etdirmişdir. Məhz bu səbəbdən Azelektrod MMC-nin AzNaxKim və digər markaları öz keyfiyyəti ilə fərqlənir. Biz hər məhsulda Azərbaycan gəncinin, mühəndisinin nələrə qadir olduğunu sübut edirik. Həmçinin hər məhsulumuzu vətənimizin əliqabarlı ustaları, hörmətli ziyalıları işlədəcəyini nəzərə alaraq vətənpərvər ruhla öz evimizi tikirmişik kimi istehsal edirik. Azelektrod MMC gələcəyə uğurlu addım atan Azərbaycan Dövlətinin qurulduğu həyəcan və ruhdan qidalanaraq, durmadan vətənimiz kimi yüksəklərə qalxacaqdır. Məqsədimiz keyfiyyətli məhsul ilə həm yerli bazarın tələbatını qarşılamaq həmçinin kənara axan valyutanı vətəndə saxlamaqdır. Beləliklə böyüyərək Azərbaycan sənayesinin inkişafına dəstək olmaqdır.